Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?

Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.
Baş verən hadisələr azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Məsələ ilə bağlı açıqlama verən əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”, – deyə E.Azadov əlavə edib.
- 31.03.2026
- 50
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
550Dünən, 23:46Kirayə (aylıq) Köhnə Tikili
Xalqlar dostluğu m., Nizami r.
2 otaqlı 60 m² 2/9 mərtəbə -
750Dünən, 23:23Kirayə (aylıq) Həyət evi/villa
28 May m., Nəsimi r.
3 otaqlı 80 m² -
35 000Dünən, 23:20Satılır Yeni Tikili
Saray, Gənclik Mall, Abşeron r.
2 otaqlı 91 m² 14/14 mərtəbə -
400Dünən, 22:46Kirayə (aylıq) Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 60 m² 6/10 mərtəbə -
179 000Dünən, 22:43Satılır Yeni Tikili
Əhmədli m., Əhmədli, Bakı kinoteatrı, Xətai r.
3 otaqlı 96 m² 2/17 mərtəbə -
179 000Dünən, 22:21Satılır Köhnə Tikili
Nizami m., Yasamal r.
2 otaqlı 61 m² 4/5 mərtəbə -
80 000Dünən, 21:45Satılır Obyekt
Masazır, Abşeron r.
25 m² -
630Dünən, 21:26Kirayə (aylıq) Yeni Tikili
İnşaatçılar m., Yeni Yasamal qəs., Yasamal r.
2 otaqlı 63 m² 7/9 mərtəbə -
410 000Dünən, 21:10Satılır Yeni Tikili
Memar Əcəmi m., 3-cü mikrorayon, Nəsimi r.
4 otaqlı 152 m² 8/18 mərtəbə -
84 000Dünən, 20:26Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 60 m² 4/6 mərtəbə -
190 000Dünən, 20:26Satılır Yeni Tikili
Məhəmmədli, Abşeron r.
3 otaqlı 113.5 m² 2/10 mərtəbə -
2 000Dünən, 20:13Kirayə (aylıq) Obyekt
Memar Əcəmi m., Nəsimi r.
110 m² -
2 500Dünən, 19:56Kirayə (aylıq) Obyekt
Maştağa qəs., Sabunçu r.
640 m² -
78 000Dünən, 19:44Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 44 m² 2/8 mərtəbə -
600Dünən, 19:42Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
2 otaqlı 40 m² -
83 000Dünən, 19:41Satılır Yeni Tikili
Masazır, Abşeron r.
2 otaqlı 54 m² 4/6 mərtəbə -
156 000Dünən, 19:36Satılır Torpaq
Badamdar qəs., Elmlər Akademiyası, Səbail r.
2 sot -
35 000Dünən, 19:30Satılır Həyət evi/villa
Türkan, Xəzər r.
2 otaqlı 50 m² -
230 000Dünən, 19:23Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
6 otaqlı 338 m² -
650Dünən, 19:21Kirayə (aylıq) Yeni Tikili
Elmlər akademiyası m., Badamdar qəs., Səbail r.
2 otaqlı 120 m² 5/20 mərtəbə -
239 900Dünən, 19:20Satılır Yeni Tikili
Neftçilər m., Nizami r.
2 otaqlı 99 m² 8/18 mərtəbə -
89 000Dünən, 19:16Satılır Köhnə Tikili
Yeni Günəşli qəs., Suraxanı r.
2 otaqlı 40 m² 9/9 mərtəbə -
300Dünən, 19:15Kirayə (aylıq) Həyət evi/villa
Xırdalan ş.
3 otaqlı 80 m² -
108 000Dünən, 19:09Satılır Yeni Tikili
Masazır, Abşeron r.
3 otaqlı 74 m² 2/10 mərtəbə -
850Dünən, 19:09Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
2 otaqlı 75 m² 10/16 mərtəbə -
850Dünən, 19:09Kirayə (aylıq) Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 120 m² 19/21 mərtəbə -
120 000Dünən, 19:02Satılır Yeni Tikili
Xırdalan ş.
3 otaqlı 62 m² 5/14 mərtəbə -
125 500Dünən, 18:53Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 64 m² 12/17 mərtəbə -
378 000Dünən, 18:46Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Montin qəs., Nərimanov r.
3 otaqlı 132 m² 6/16 mərtəbə -
53 000Dünən, 18:46Satılır Torpaq
Biləcəri qəs., MUM, Binəqədi r.
3 sot
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

