Dubayda mülklər ucuzlaşır - Ekspertlər azərbaycanlılara nə tövsiyə edir?

Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.
Baş verən hadisələr Azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?
Əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”, - deyə E.Azadov əlavə edib. (Trend)
- 30.03.2026
- 31
Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.
Yeni Elanlar
-
128 000Bugün, 17:56Satılır Həyət evi/villa
Novxanı, Abşeron r.
4 otaqlı 145 m² -
600Bugün, 17:55Kirayə (aylıq) Obyekt
Nəsimi m., 4-cü mikrorayon, Zərifə Əliyeva adına Göz klinikası, Nəsimi r.
64 m² -
255 000Bugün, 17:55Satılır Köhnə Tikili
Sahil m., Nəsimi r.
2 otaqlı 80 m² 3/4 mərtəbə -
500Bugün, 17:55Kirayə (aylıq) Köhnə Tikili
Qara Qarayev m., 8-ci kilometr, Nizami r.
1 otaqlı 40 m² 1/5 mərtəbə -
420 000Bugün, 17:54Satılır Yeni Tikili
Qara Qarayev m., Nizami r.
4 otaqlı 168 m² 13/17 mərtəbə -
225 000Bugün, 17:53Satılır Köhnə Tikili
Sahil m., Səbail r.
2 otaqlı 73 m² 1/2 mərtəbə -
173 000Bugün, 17:50Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 50 m² 9/17 mərtəbə -
4 500Bugün, 17:45Kirayə (aylıq) Obyekt
Sahil m., Səbail r.
50 m² -
330 000Bugün, 17:45Satılır Yeni Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 102 m² 12/12 mərtəbə -
370 000Bugün, 17:43Satılır Yeni Tikili
Azadlıq m., 7-ci mikrorayon, Binəqədi r.
3 otaqlı 121 m² 14/17 mərtəbə -
600Bugün, 17:42Kirayə (aylıq) Yeni Tikili
Binəqədi r.
3 otaqlı 80 m² 7/9 mərtəbə -
39 000Bugün, 17:42Satılır Yeni Tikili
Saray, Abşeron r.
2 otaqlı 71 m² 11/14 mərtəbə -
285 000Bugün, 17:42Satılır Köhnə Tikili
Xətai r.
5 otaqlı 120 m² 3/9 mərtəbə -
599Bugün, 17:41Kirayə (aylıq) Yeni Tikili
Həzi Aslanov m., H.Aslanov qəs., Xətai r.
2 otaqlı 55 m² 5/18 mərtəbə -
180 000Bugün, 17:41Satılır Köhnə Tikili
Həzi Aslanov m., Əhmədli, Xətai r.
4 otaqlı 100 m² 5/9 mərtəbə -
250 000Bugün, 17:41Satılır Köhnə Tikili
Nəriman Nərimanov m., Nərimanov r.
3 otaqlı 80 m² 3/9 mərtəbə -
195 000Bugün, 17:35Satılır Köhnə Tikili
Nizami r.
3 otaqlı 80 m² 7/9 mərtəbə -
73 000Bugün, 17:34Satılır Yeni Tikili
Əhmədli m., Xətai r.
2 otaqlı 63 m² 11/19 mərtəbə -
97 500Bugün, 17:27Satılır Yeni Tikili
Abşeron r.
2 otaqlı 64 m² 2/6 mərtəbə -
82 000Bugün, 17:22Satılır Yeni Tikili
Xırdalan ş.
2 otaqlı 74 m² 14/16 mərtəbə -
85 000Bugün, 17:22Satılır Həyət evi/villa
Qaraçuxur qəs., Suraxanı r.
2 otaqlı 77 m² -
33 896Bugün, 17:19Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 72.12 m² 17/17 mərtəbə -
33 896Bugün, 17:17Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 72.12 m² 16/17 mərtəbə -
33 896Bugün, 17:15Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 72.12 m² 15/17 mərtəbə -
33 896Bugün, 17:12Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 72.12 m² 14/17 mərtəbə -
170 000Bugün, 17:10Satılır Yeni Tikili
20 Yanvar m., Yasamal r.
2 otaqlı 50 m² 5/18 mərtəbə -
33 175Bugün, 17:10Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 72.12 m² 12/17 mərtəbə -
33 175Bugün, 17:08Satılır Yeni Tikili
Avtovağzal m., Biləcəri qəs., Binəqədi r.
3 otaqlı 72.12 m² 10/17 mərtəbə -
10 800Bugün, 17:05Kirayə (aylıq) Obyekt
Binə qəs., Xəzər r.
1800 m² -
2 000Bugün, 17:03Kirayə (aylıq) Ofis
28 May m., Nəsimi r.
5 otaqlı 110 m²
Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller

