Böyükşorda tullantı qurğusu tikilir, əhaliyə kompensasiya veriləcək

Böyükşorda tullantı qurğusu tikilir, əhaliyə kompensasiya veriləcək

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun (TSTQ) tikintisi istiqamətində işlərə başlayıb.

Qurğunun tikinti layihəsinin altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.

Paralel olaraq, Salyan şəhərində 11 tullantı su nasos stansiyasının, Xaçmazda 6 ədəd kiçik sututarın tikintisi isitqamətində də işlərə başlanılıb.

Sözügedən ərazilərdə də tikinti layihələri altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Böyükşor hövzəsində Böyükşor gölü yaxınlığında gücü 157500 m3/gün olan yeni TSTQ-nın (tullantı sularının təmizləyici qurğusu) inşası təklif edilib. (Apa)

  • 26.03.2026
  • 75
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller