Bakıda bu ərazilərdə köhnə evlər söküləcək

Bakıda bu ərazilərdə köhnə evlər söküləcək

Paytaxt və ətraf qəsəbələrdə dəmiryolu infrastrukturunun yenilənməsi prosesi sürətlənir.

Yeni layihələr çərçivəsində həm mövcud xətlərin modernləşdirilməsi, həm də yeni istiqamətlərin çəkilməsi nəzərdə tutulur.

Lakin bu proses bəzi ərazilərdə fərdi yaşayış evlərinin sökülməsi ilə müşayiət oluna bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, söküntü zamanı kompensasiya məsələsi tikilinin hüquqi statusundan asılı olacaq:

“Burada iki əsas hal var:

Sənədsiz, lakin qadağan olunmayan ərazidə tikilmiş evlər – əgər tikinti icazəsiz olsa da, həmin torpaq sahəsində ümumilikdə tikintiyə qadağa yoxdursa, belə evlərə müəyyən kompensasiya ödənilməsi mümkündür.

Tikintiyə icazə verilməyən ərazilərdə inşa olunan evlər – əgər ev dəmiryolu xətti, mühəndis-kommunikasiya xətləri və ya xüsusi təyinatlı zonalarda qanunsuz şəkildə tikilibsə, bu zaman kompensasiya nəzərdə tutulmur və tikili sökülür.

Yəni əsas prinsip ondan ibarətdir ki, normativ və şəhərsalma qaydalarına zidd şəkildə inşa olunmuş tikililər “özbaşına tikili” hesab edilir və onların taleyi qanunvericiliyə uyğun həll olunur”.

Vüqar Oruc garşıdakı müddətdə hansı istiqamətlərdə işlərin aparılacağını açıqlayıb:

“Hazırda layihələr iki əsas istiqaməti əhatə edir. Bunlar Bakıxanov-Binə-Qala və Suraxanı-Hövsan xətləridir.

Bu marşrutların keçdiyi ərazilərdə, xüsusilə köhnə və sənədsiz fərdi yaşayış evlərinin kifayət qədər olduğu bildirilir. Layihə çərçivəsində normativlərə uyğun olmayan tikililərin sökülməsi planlaşdırılır.

Bakıxanov-Binə-Qala istiqaməti Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi, Binə qəsəbəsi və Qala qəsəbəsini əhatə edir.

Suraxanı-Hövsan xətti isə Yeni Suraxanı qəsəbəsi, Hövsan qəsəbəsi və ətraf yaşayış massivlərini birləşdirəcək”.

  • 25.02.2026
  • 59
Əmlak sahibi elanlarına abunə ol

Bu funksiyadan istifadə etməklə siz əmlak sahibi elanlarına abunə olacaqsınız. Arenda.az saytına daxil olan hər bir əmlak sahibi elanı haqqında Sizin e-mail ünvanınıza bildiriş gələcək. O cümlədən, əmlakın original, yəni loqosuz şəkillərini Pulsuz şəkildə yükləyə biləcəksiniz. Şəkilləri yüklə düyməsini basandan dərhal sonra şəkillər sizin kompyuterə yüklənməyə başlayacaq.

Arenda.az - Kiraye evler ve ev alqi-satqisi . Ev elanlari - Dasinmaz emlak , bina, ofis ve villalar | bag evleri , kiraye heyet evleri ve menziller